Gəncəli məktəblilər respublika yarışında növbəti mərhələyə vəsiqə qazanıblar. Bu haqda 29 mart tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Kapital Bank” və “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə 6-11-ci siniflər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilir. Çempionatın seçim mərhələsində 39 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası qalib gəlib. Məktəblilərimiz turnirin finalında mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış 31 mart tarixində keçiriləcək.