top
Məktəblilər üçün “Təbiətin dostu” adlı layihə təşkil olunacaq
17 yanvar 2024, 17:30
- ↺ +

Məktəblilər üçün “Təbiətin dostu” adlı layihə təşkil olunacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə daha bir layihə start götürəcək. Bu haqda 17 yanvar tarixində Dünya məktəbinə istinadən məlumat veririk.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Təbiətin dostu” layihə müsabiqəsi elan olunub. Burada bütün ümumtəhsil məktəblərinin hal-hazırda 5-8-ci siniflərində təhsil alan şagirdləri iştirak edə bilərlər. Layihə Gəncə Dünya Məktəbi tərəfindən həyata keçirilir.

İştirakçılardan tələblər aşağıdakı kimidir:


  • Şagirdlər 3-6 nəfərdən ibarət komandalar halında müsabiqəyə qoşula bilərlər;

  • Komanda tərkibi eyni məktəbdən ibarət olmalıdır;

  • Komandalar eyni sinif və ya fərqli siniflər üzrə şagirdlərdən təşkil oluna bilər;

  • Hər komandada bir nəfər mentor-müəllim müəyyən olunmalıdır;

  • Mentor-müəllim komanda üzvlərindən təhsil aldığı məktəbdə çalışan istənilən fənn müəllimi ola bilər;

  • Hər məktəb bir neçə komanda ilə iştirak edə bilər;

  • Bir şagird və mentor-müəllim yalnız bir layihə üzrə iştirak edə bilərlər.


Qatılmaq istəyən məktəblər öz komandalarını linkə daxil olaraq qeydiyyatdan keçirə bilərlər: https://forms.gle/7hsdrLNVztkJjgof8. Qeydiyyat üçün son tarix 5 fevraldır.

Müsabiqəyə işlərini göndərmiş komandaların layihələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı layihəni hazırlamış komandalar finala keçəcək. Burada münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşəcək. Həmin komandanın şagirdləri və müəllimləri müxtəlif hədiyyə və diplomlarla təltif ediləcəklər.

Layihələr üçün şərtlər:


  • Komandalar öz layihələrini I mərhələ üçün yalnız yazılı sənəd formatında işləyib göndərməlidirlər;

  • Komanda öz layihəsinin maksimum 500 sözdən ibarət yazılı mətnini Word proqramında “Times New Roman” 14 şrifti ilə 1,5 sətirarası intervalla təqdim etməlidir;

  • Layihənin daha anlaşılıqlı olması üçün müxtəlif şəkil və illüstrasiyalar yerləşdirilə bilər;

  • Layihə Azərbaycan, rus və ingilis dillərində hazırlana bilər;

  • Layihələr orijinal olmalı və əvvəl müxtəlif layihələrdə nümayiş olunmuş işlər olmamalıdır (aşkarlandığı anda layihə kənarlaşdırılacaq).


Layihələrin son qəbulu günü 5 martdır. Bunun üçün layihəni tebietindostu@dunyaschool.edu.az elektron poçt ünvanına göndərmək lazımdır.

Final mərhələsi üçün layihələr prototiplər, maketlər və real nümayiş formatında sərgilənməlidir.

Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı kateqoriyalardan birinə aid olmalıdır:


  • Zibil-tullantı və təkrar emal;

  • Sərfəli və təmiz enerji;

  • İqlim dəyişikliyinə qarşı mübarizə;

  • Hava çirkliliyi;

  • Sağlam həyat (tibb);

  • Biomüxtəliflilik;

  • Nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi;

  • Torpaq ekosisteminin mühafizəsi;

  • Dəniz ekosisteminin mühafizəsi;

  • Təmiz su və sanitariya;

  • Ətraf mühit və yaşıl enerji (enerji kimi istifadə olunan bitkilər);

  • Karbon neytral formata keçid;

  • Ekoməktəb və ekofəallar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
Bu gün, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
Dünən, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Dünən, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Dünən, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Dünən, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Dünən, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Dünən, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Dünən, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Dünən, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Oxşar xəbərlər