Gəncədə məktəblilər biliklərini sınayıblar. Bu haqda 13 fevral tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
11 nömrəli tam orta məktəbdə intellektual oyun keçirilib. Turnir Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə baş tutub.
Oyun "Nə? Harada? Nə zaman?" formatında təşkil olunub. Sonda I yerə "Pifaqor", II yerə "Şimali Türküstan", III yerə isə "Dəmir Yumruq" komandası layiq görülüb.
Qaliblər sertifikatla təltif ediliblər.