Gəncədə bir sıra təhsil ocaqlarında vakansiyalar yaranıb. Bu haqda 7 mart tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim tələb olunur. Namizədlər 7-15 mart tarixlərində saat 23:59-a kimi qeydiyyatdan keçə bilərlər. İştirak üçün minimal bal 35-dir.
Müraciət vaxtı bitdikdən sonra müəllimlərin test imtahanında topladığı bala əsasən, onların arasında ən yüksək bal toplamış şəxslər müsahibəyə dəvət ediləcəklər. Həmin namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq, növbəti tərbiyəçi çağırılacaq.
Qeydiyyat linki: