Gəncədə bir ərazini qaranlıq bürüyüb. Bu haqda Gencexeber.az-a 2 fevral tarixində məlumat daxil olub.
Sözügedən hal Cihazqayırma və “Çəngəl-bıçaq” zavodlarının arasında yerləşən küçədə müşahidə olunur. Sakinlərin sözlərinə görə, hava qaralanda ərazi zülmətə qərq olur.
“Küçəmizin adı yoxdur, artıq 7 ildir bura köçmüşük, sənədimiz də yoxdur. Burada işıq dirəkləri olsa da, işıqlar yanmır. Qaranlıqda küçəyə cıxmaq mümkün deyil. Xahiş edirik, işıq dirəkləri təmir edilsin, ərazi işıqlansın” deyə məhəllə sakinləri əlavə ediblər.