Gəncənin 3 ərazisi təmir olunur. Bu haqda Gencexeber.az-a 21 dekabr tarixində məlumat daxil olub.
İşlər Maqsud Əliyev küçəsində, Heydər Əliyev prospektində və İsrafil Məmmədov ilə Atatürk prospektinin kəsişməsində aparılır. Adıçəkilən ərazilərə qurumun texnikası və canlı qüvvəsi cəlb olunub.
Prospektdə avtomobil yolunda yerə döşənən tamet daşlar təmir edilir. Maqsud Əliyev küçəsinə və sözügedən kəsişməyə isə yeni asfalt örtüyü salınır.
[modula id="51971"]