Gəncədə kommunal qəza qeydə alınıb. Bu haqda Gencexeber.az-a 2 fevral tarixində məlumat daxil olub.
Söhbət Məhəmməd Pişnamazzadə küçəsindən gedir. Adıçəkilən ərazidə yeraltı su xətti partlayıb. Bu səbəbdən su küçə boyunca axır. Həmin ərazidə yolda gölməçələr əmələ gəlib.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən vəziyyət barədə məlumat paylaşmışdıq.
[modula id="54219"]