Gəncədə küçələrin birində yolda maneə əmələ gəlib. Bu haqda Gencexeber.az-a 9 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Nizami Gəncəvi prospektindən gedir. Adıçəkilən ərazidə asfalt örtüyündə çöküntü əmələ gəlib. Nəticədə avtomobillərin hərəkətində maneə yaranıb.
Sakinlərin sözlərinə görə, həmin prospektə asfalt örtüyü yeni salınıb.