Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 9 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Ağamirzə Əhmədov küçəsindən gedir. Burada sakinləri içməli su ilə təchiz edən yeraltı boru partlayıb. Nəticədə gölməçə əmələ gəlib və küçə boyunca su axmağa başlayıb.
Sakinlərin sözlərinə görə, hadisədən öncə ərazidə su təchizatı dayandırılıb. Onlar “Azərsu”ya müraciət etdikdən sonra evlərə su verilib və boru partlayıb.