Gəncədə növbəti turnir keçiriləcək. Bu haqda 9 noyabr tarixində Maarif Evinə istinadən məlumat veririk.
Şahmat yarışı Konstitusiya Günü münasibətilə təşkil olunacaq. Turnir 12 noyabr saat 15:00-da Maarif Evində baş tutacaq. Yarışa hər kəs dəvətlidir.
Sonda I, II və III yerin sahibləri sertifikatla təltif olunacaqlar.
Əlavə məlumat üçün (077) 545 18 22 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.