Gəncədə abadlıq işləri görülür. Bu haqda 13 noyabr tarixində MKTİB-yə istinadən məlumat veririk.
Kompleks abadlıq-quruculuq işləri şəhərin müxtəlif ərazilərində gedir. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikası tərəfindən şəhərin qərb hissəsi girişindəki "Gəncə Qapıları"nın üzərində təmir işləri aparılıb, solmuş hissələr boyanıb. Həmçinin avtobus dayanacaqları, işıq dirəkləri, yol nişanları, zibil qutuları, səkilər və məhəccərlər yuyulub.
Paralel olaraq, işıq dirəklərinə və yol kənarındakı məhəccərlərə yeni boya vurulub, küçə işıqlandırılmasında yaranan nasazlıqlar aradan qaldırılıb.
[modula id="49797"]