Gəncədə təlim təşkil olunub. Bu haqda 19 fevral tarixində KOBİM-ə istinadən xəbər veririk.
"Uğura gedən yolda pozitiv düşüncənin rolu" mövzusunda maarifləndirici təlim keçirilib. On nəfər iştirakçının olduğu təlim Gəncə KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən baş tutub. Burada qurum tərəfindən pozitiv düşüncə nədir, pozitiv düşüncənin inkişafı üçün üsullar, Silva metodu, NLP vasitəsilə simpatiya və attraksiyanın yaranması barədə ətraflı məlumat verilib.
Təlimdə, həmçinin şəxsiyyətdaxili və şəxsiyyətlərarası konfliktlərin neqativ enerji yaratmasının insan orqanizminə təsiri və onun aradan qaldırılması yolları, meditasiya, Karma qanunu ilə bağlı danışılıb.