Gəncədə məktəblilər üçün müsabiqə təşkil olunacaq. Bu haqda 1 dekabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
“Kitabyeyənlər” adlı müsabiqə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutacaq. Burada orta təhsil müəssisələrinin V-XI sinif şagirdləri mübarizə aparacaqlar.
Ədəbiyyat siyahısı ilə linkə keçid edərək tanış olmaq mümkündür.
Müsabiqənin məqsədi təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır.
Turnirə qatılmaq istəyən məktəblilər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: