Gəncədə sərgi təşkil olunub. Bu haqda 12 fevral tarixində Mərkəzləşdirilmiş Kitabxana Sisteminə istinadən xəbər veririk.
19 saylı Kitabxanada “Kitablar sənin etibarlı dostundur” adlı kitab sərgisi keçirilib. Tədbir 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə baş tutub.
Sərgidə fonda daxil olan yeni kitablar, uşaqlar üçün nağıllar və hekayələrlə zəngin kitablar nümayiş edilib. Burada iştirak edən oxucular sərgi ilə yaxından tanış olublar.