Gəncədə yol kəsişməsində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 23 aprel tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində müşahidə edilir. Ərazidə yerləşən dörd ədəd hərəkət nizamlayıcısı fəaliyyət göstərmir.
Nəticədə həmin kəsişmədə sıxlıq yaranıb. Sürücülərin sözlərinə görə, onlar ərazidə qəza şəraiti ilə üzləşirlər.