Gəncədə kəsişmələrin birində işıqforlar fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 1 aprel tarixində məlumat daxil olub.
Söhbət Nəriman Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçələrinin kəsişməsindən gedir. Adıçəkilən ərazidə yerləşən işıqforlar işləmir.
Bu səbəbdən avtomobillərin idarə edilməsi çətinləşib, yolda gərginlik yaranıb. Sürücülər qəza şəraitinin yaranmağından narahatdırlar.