Gəncədə yol kəsişmələrində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 1 mart tarixində məlumat daxil olub.
Sözügedən hal Təbriz küçəsinin Cavadbəy Rəfibəyli və Mir Cəlal Paşayev küçələri ilə və Bülbül küçəsinin Pərviz Səmədov küçəsi ilə kəsişmələrində müşahidə olunur. Adıçəkilən ərazilərdə hərəkət tənzimləyiciləri fəaliyyət göstərmir.
Sürücülərin sözlərinə görə, analoji vəziyyət onların çaşqınlığına səbəb olur. Həmçinin sürücülər qəza şəraitinin yaranmasından narahatdırlar.