Gəncədə yol kəsişməsində qəza qeydə alınıb. Bu haqda Gencexeber.az-a 29 fevral tarixində məlumat daxil olub.
Hadisə Nizami Gəncəvi prospekti ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində baş verib. “AzSamand” markalı avtomobil ilə “Kia Ceed” markalı nəqliyyat vasitələri toqquşub.
Şahidlərin sözlərinə görə, adıçəkilən birinci nəqliyyat vasitəsi qarşı yola çıxıb. Nəticədə hərəkətdə olan ikinci avtomobilə çarpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis və sığorta əməkdaşları cəlb olunublar.