Gəncədə kəsişmələrin birində işıqfor nasaz haldadır. Bu haqda Gencexeber.az-a 14 mart tarixində məlumat daxil olub.
Sözügedən hal Pərviz Səmədov və Cəfər Cabbarlı küçələrinin kəsişməsində müşahidə olunur. Adıçəkilən ərazidə işıqfor nasaz vəziyyətdədir. Analojı vəziyyət artıq neçə gündür davam edir.
Sürücülərin sözlərinə görə, işıqforda qırmızı və sarı rəng eyni anda yanır. Bu da sürücülərin çaşqınlığına səbəb olur. Onlar problemin aradan qaldırılmasını arzu edirlər.