Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 4 mart tarixində məlumat daxil olub.
Hadisə Təbriz və Əbülqasim Firdovsi küçələrinin kəsişməsində qeydə alınıb. Ərazidə avtomobil yolunun altından keçən su xətti partlayıb. Sakinlərin sözlərinə görə, suyun yerin altından sızması hər gün müşahidə olunur.
Kommunal qəzanın baş verdiyi yerə “Azərsu” ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda burda təmir işləri aparılaraq, qəza aradan qaldırılır. Təmir işləri səbəbindən yol müvəqqəti olaraq bağlanıb. Qurum əməkdaşları bildiriblər ki, işlər bir neçə saat davam edəcək.