Gəncə futbol komandası nümayəndəsinin doğum günüdür. Bu haqda 22 yanvar tarixində futbol klubuna istinadən xəbər veririk.
Söhbət “Kəpəz”in qapıçı məşqçisi Elşad Tahirovdan gedir. Bu gün onun 51 yaşı tamam olur.
Mütəxəssis Elşad Tahirov 22 yanvar 1973-cü ildə Lənkəran şəhərində anadan olub. O, 2009-cu ilin iyun ayından “C”, noyabr ayından isə “B” kateqoriyalı məşqçi lisenziyasının sahibidir.