Gəncədə yolların birində işıqfor nasaz haldadır. Bu haqda Gencexeber.az-a 20 dekabr tarixində məlumat daxil olub.
Bu hal Təbriz ilə Cavad Rəfibəyli küçələrinin kəsişməsində 4 yolda müşahidə olunur. Adıçəkilən ərazidə işıqfor nasaz vəziyyətdədir. Nəticədə avtomobillərə təhlükə yaranır.
Sözügedən vəziyyət artıq neçə gündür davam edir. Sakinlərin sözlərinə görə, işıqforda yanız yaşıl rənq yanır, bu da sürücülərin çaşqınlığına səbəb olur. Onlar qurğunun təmir olunmasını arzu edirlər.