Gəncədə gənclər üçün təlim keçiriləcək. Bu haqda 23 fevral tarixində RİİB-yə istinadən məlumat veririk.
Seminar “İşgüzar bacarıqlar” ayı çərçivəsində baş tutacaq. “İş Mühitində Psixologiya və Stressin İdarə Edilməsi” mövzusunda təlim Regional İnkişaf İctimai Birliyi könüllüləri üçün təşkil olunacaq. Tədbiri təlimçi və psixoloq Selcan Hüseynova aparacaq.
Təlim 24 fevral tarixində saat 14:00-da Gənclər Evində keçiriləcək. Sonda iştirakçıların sualları cavablandırılacaq.