Gəncədə növbəti yarmarka baş tutacaq. Bu haqda 25 dekabr tarixində Məşğulluq Agentliyinə istinadən məlumat veririk.
Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə şəhərimizdə Əmək yarmarkası keçiriləcək. Burada 15 müəssisə tərəfindən 150-dən çox vakansiya təqdim olunacaq.
İştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Namizədlərin öz CV-ləri ilə birlikdə gəlmələri arzuolunandır. Vətəndaşlar vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında ətraflı məlumatı yarmarkada öyrənəcəklər.
Tədbir 28 dekabr tarixində saat 11:00-da Gəncə Dövlət Dram Teatrında baş tutacaq.