Gəncədə universitetlərdə maarifləndirici seminarlar təşkil olunub. Bu haqda 15 yanvar tarixində Report-a istinadən xəbər veririk.
Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarların keçirilməsi davam edir. Tədbir Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetində keçirilib.
Seminarlarda tələbələr səsvermə proseduru, seçki sistemi və seçkilər zamanı önəmli olan zəruri hüquqi məsələlər barədə məlumatlanıblar. Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.