Gəncədə növbədənkənar prezident seçkiləri ilə bağlı könüllülərin fəaliyyəti davam edir. Bu haqda 25 yanvar tarixində Report-a istinadən xəbər veririk.
İlk dəfə səsvermədə iştirak edəcək gənclərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanıb. “Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ və mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsini təbliğ etməkdir. Həmçinin gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.