Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 26 dekabr tarixində məlumat daxil olub.
Hadisə Heydər Əliyev ilə Nizami Gəncəvi prospektinin kəsişməsində qeydə alınıb. “Mercedes Benz” markalı avtomobillər qəza törədiblər.
Şahidlərin sözlərinə görə, qara rəngli “Mercedes Benz” markalı avtomobil sağa dönmək istəyərkən hərəkətdə olan eyni markalı ağ nəqliyyat vasitəsinə çarpılıb.
Hadisədən xəsarət alan olmayıb. Qəza yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
[modula id="52293"]