Şəhərin üç ərazisində lüklərin təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 26 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal Zərifə Əliyeva və Təbriz prospektlərində və Əttarlar küçəsinin 2-ci döngəsində müşahidə olunur. Adıçəkilən ərazilərdəki lüklər həm piyadalar, həm də avtomobillər üçün təhlükə yaradır.
Təbriz prospektində piyada səkisində olan lük asfalt örtüyünün səviyyəsindən aşağıda yerləşir. Digər adıçəkilən ərazilərdə isə lük qapaqsız və açıq vəziyyətdədir.
[modula id="53852"]