Gəncədə iki ərazidə işıqforlar fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 7 mart tarixində məlumat daxil olub.
Sözügedən vəziyyət Heydər Əliyev ilə Nizami prospektlərinin və Təbriz ilə Əbülqasim Firdovsi küçələrinin kəsişmələrində müşahidə olunur. Adıçəkilən ərazidəki yolda yerləşən hərəkət tənzimləyiciləri işləmir.
Bu səbəbdən avtomobillərin idarə edilməsi çətinləşib, yolda gərginlik yaranıb. Sürücülərin sözlərinə görə, bu hal 2-3 saatdır davam edir.
Qeyd edək ki, avtomobillərin hərəkəti polis əməkdaşları tərəfindən nizamlanır.