Gəncədə bir neçə işıqfor fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 20 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin 28 May və Mehmandarov küçələrinin kəsişməsində müşahidə olunur. Ərazidə dörd ədəd işıqfor yerləşir. Lakin onların heç biri işləmir.
Sürücülərin sözlərinə görə, bu səbəbdən kəsişmədə hərəkətdə çətinlik və qəza şəraiti yaranır.