Gəncədə iki küçədə yolda maneə yaranıb. Bu haqda Gencexeber.az-a 10 fevral tarixində məlumat daxil olub.
Söhbət Pərviz Səmədov və Namiq Şahmuradov küçələrindən gedir. Adıçəkilən küçələrdə avtomobil yollarının bir neçə hissəsi yararsız haldadır.
Birinci küçədə yolda çöküntü əmələ gəlib. İkinci küçədə isə avtomobil yolunda asfalt örtüyü qazılıb. Sakinlərin sözlərinə görə, bir müddət əvvəl yolda təmir işləri aparılıb. Lakin qazıntı işləri bitdikdən sonra asfalt örtüyü bərpa edilməyib.
Sözügedən vəziyyət avtomobillərin hərəkətində çətinlik yaradıb. Sürücülər məsələnin həll olunmasını arzu edirlər.
[modula id="54631"]