Gəncədə yolların sürüşkən olması qəzaya səbəb olub. Bu haqda Gencexeber.az-a 25 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal Heydər Əliyev parkının yaxınlığında qeydə alınıb. Parkın giriş hissəsində hərəkətdə olan “Merсedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi hərəkət hissəsindən çıxaraq yolun kənarındakı quru ağaca çarpılıb. Qəza zamanı heç kim xəsarət almayıb.
Şahidlərin sözlərinə görə, hadisəyə səbəb yolun buzlu olmasıdır.