Gəncədə qəza baş verib. Bu haqda Gencexeber.az-a 7 mart tarixində məlumat daxil olub.
Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Nəticədə avtomobil bordürü keçərək yolun kənarındakı ağaca çarpılıb.
Qəza nəticəsində heç kim xəsarət almayıb. Şahidlərin sözlərinə görə, hadisəyə yolun yaş olması səbəb olub. Əraziyə polis əməkdaşları cəlb edilib.