Gəncədə abadlıq işləri davam edir. Bu haqda 15 mart tarixində MKTİB-yə istinadən məlumat veririk.
MKTİB əməkdaşları bu gün Şah İsmayıl Xətai prospektində yerləşən Şəhidlər bulağının ətrafında təmizlik və abadlıq işləri aparıblar. Abidənin ətrafına mövsümi güllər əkilib.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən qarşıdakı günlərdə şəhər ərazisində mövcud olan digər şəhid bulaqlarında da bu cür işlərin görüləcəyi bildirilir.