Gəncədə yaşıllaşdırma işləri davam edir. Bu haqda 22 yanvar tarixində MKTİB-yə istinadən məlumat veririk.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən şəhərin müxtəlif ərazilərində mövsümi ağac və qazon əkini aparılır. Bu səbəbdən qurumun gülçülük və tingçilik sahəsində becərilən müxtəlif növ ağaclar, dekorativ kollar və güllər təyin olunan yerlərə köçürülür.
Növbəti yaşıllaşdırma aksiyası Heydər Əliyev prospekti və şəhərin qərb girişi istiqamətindəki yol kənarlarında baş tutub. Hava limanı yolunda 60 ədəd ağac tingi əkilib. Paralel olaraq qurumun Yaşıllaşdırma şöbəsinin əməkdaşları mövcud və yeni əkilən yaşıllıq zonalarına aqrotexniki qulluq göstərib, suvarılmasını təmin ediblər.