Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 11 mart tarixində məlumat daxil olub.
Hadisə şəhərin Dədə Qorqud prospektində baş verib. Adıçəkilən ərazidəki binanın qarşısında olan kanalizasiya quyusu daşır.
Nəticədə küçə boyunca çirkab axmağa başlayıb. Ətrafı xoşagəlməz qoxu bürüyüb.