Gəncədə bir sıra bulaqlar fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 18 avqust tarixində məlumat daxil olub.
Bu hal şəhərin Ozan və İsmət Qayıbov küçələrində müşahidə olunur. Adıçəkilən ərazilərdə yerləşən bulaqlara su gəlmir. Sakinlər bu vəziyyətdən narahat olduqlarını bildirirlər.
“Bu il yay lap istidir. Yolda gedəndə susayırıq, bulaqdan su içmək istəyirik. Amma şəhərdə, demək olar, heç bir bulağa su gəlmir. Onların təmir edilərək fəaliyyətinin bərpa edilməsini istəyirik”, - deyə vətəndaşlar qeyd ediblər.
[modula id="42841"]