Gəncədə ərazilərdən birində işıqforlar çalışmır. Bu haqda Gencexeber.az-a 13 sentyabr tarixində məlumat daxil olub.
Söhbət Hacı Əli Hüseynzadə küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsindən gedir. Ərazidə quraşdırılmış hərəkət tənzimləyiciləri bir saata yaxındır ki, işləmir. Nəticədə burada sıxlıq müşahidə olunur.
Sürücülərin sözlərinə görə, hərəkət iştirakçıları bir-birilərinə yol vermirlər. Bu isə adıçəkilən kəsişmədə qəza şəraiti yaradır.