Gəncədə daha bir prospektə asfalt örtüyü salınır. Bu haqda Gencexeber.az-a 14 noyabr tarixində məlumat daxil olub.
Söhbət Nizami Gəncəvi prospektinin Bakı şəhəri istiqamətində olan hissəsindən gedir. Adıçəkilən ərazinin avtomobil yolu təmir olunur.
Sözügedən prospektin köhnə asfalt örtüyü qaşınıb. Növbəti mərhələdə yeni asfalt örtüyü salınacaq. Daha sonra yol nişanları və xətləri çəkiləcək.