Gəncədə daha bir küçə qaranlıqda qalıb. Bu haqda Gencexeber.az-a 2 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Cavad bəy Rəfibəyli küçəsindən (GDU-nun V korpusunun yanı) gedir. Adıçəkilən ərazi işıqlandırılmır.
Sakinlərin sözlərinə görə, hava qaralanda küçə zülmətə qərq olur. Onlar məsələ ilə bağlı narahat olduqlarını və ərazidən rahat istifadə edə bilmədiklərini deyirlər.