Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 13 noyabr tarixində məlumat daxil olub.
Bu hal şəhərin Ozan küçəsi ilə Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində müşahidə olunur. Adıçəkilən ərazidə yerin altında yerləşən su borusu partlayıb.
Nəticədə küçə boyunca su axır. Sakinlərin sözlərinə görə, cari vəziyyət artıq bir neçə gündür davam edir.