Gəncədə küçələrin asfaltlanma işləri davam edir. Bu haqda Gencexeber.az-a 22 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Səməd ağa Kəsəmənli küçəsindən gedir. Adıçəkilən əraziyə aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb edilib.
Yol səthi bərabərləşdirilib. Həmçinin səhər saatlarında avtomobil yoluna asfalt örtüyü salınıb.