Gəncədə uşaqlara qızılcaya qarşı peyvəndlər vurulur. Bu haqda 8 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Son vaxtlar yayılan virusa qarşı vaksinasiya şəhərin bütün Ailə Sağlamlıq Mərkəzlərində aparılır. Respublika üzrə artıq 500-ə yaxın uşaq peyvənd olunub.
Gəncə Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyevanın sözlərinə görə, bazada 3 minə qədər doza var. Xəstəliyi müalicə etmək çox çətindir, ona görə də peyvənd etmək lazımdır.
“131 uşağı qızılca əleyhinə peyvənd etmişik. Bizim müəssisəmizdə 24 nəfər peyvənddən kənar qalan uşaqlar var. 108 nəfər uşaq plana uyğun peyvəndlənib. Onun 41 nəfəri 1 yaşı tamam olan uşaqlardır. Digər uşaqlar isə 6 yaşlıdırlar”- deyə Yeni Gəncə ASM-in şöbə müdiri Vüsalə Məmmədova bildirilib.