Gəncədə bu həftə keçiriləcək idman tədbirləri açıqlanıb. Bu haqda 18 mart tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Nazirlik 18-24 mart tarixləri üçün tədbir planını paylaşıb. Cədvəl aşağıdakı kimidir:
- 19 mart saat 14:00-da Novruz bayramına həsr edilmiş futbol yarışının finalı - 18 nömrəli tam orta məktəb;
- 19 mart saat 18:00-da Taekvondo üzrə nümunəvi çıxışlar - Taekvondo mərkəzi;
- 23 mart saat 15:00-da Cüdo üzrə ustad dərsləri - Gəncə idman liseyi.