Gəncədə bu həftə idman tədbiri keçiriləcək. Bu haqda 11 mart tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Nazirlik 11-17 mart tarixləri üçün tədbir planını paylaşıb. Cədvələ əsasən, 16 mart tarixində saat 10:00-da sürətli şahmat yarışı keçiriləcək.
Yarışda 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri mübarizə aparacaqlar.