Gəncədə bu həftə keçiriləcək idman tədbirlərinin cədvəli bəlli olub. Bu haqda 14 noyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Keçiriləcək tədbirlər aşağıdakılardır:
- Şahmat üzrə yeniyetmə idmançılar arasında şəhər birinciliyi - 16 noyabr tarixində saat 10:00-da 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;
- "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol üzrə nümunəvi çıxışlar - 18 noyabr tarixində saat 14:00-da Gəncə Olimpiya İdman Kompleksi;
- "İdman hamı üçün" layihəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar - 18 noyabr tarixində saat 17:00-da Gəncə Olimpiya İdman Kompleksi.