Gəncədə oxuyan tələbə müsabiqədə uğur qazanıb. Bu haqda 8 dekabr tarixində GDU-ya istinadən xəbər veririk.
Gəncə Dövlət Universitetinin tələbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Söz duyğusu, sənət sevdası” adlı ümumrespublika bədii qiraət müsabiqəsinin final mərhələsində iştirak edib. O, Filologiya fakültəsinin II kurs tələbəsi Ruqəyya Əliyevadır.
Müsabiqədə uğur qazanan tələbəmizə “Ən vətənpərvər ifa” nominasiyası üzrə diplom təqdim olunub. GDU-nun rektoru professor Yusif Yusibov Ruqəyya Əliyeva ilə görüşüb, onu təbrik edib və uğurlar arzulayıb.