Gəncə Dövlət Universitetində festival keçirilib. Bu haqda 16 mart tarixində GDU-ya istinadən xəbər veririk.
Adlçəkilən təhsil ocağında Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı baş tutub. Burada Novruz bayramının atributları, xonçalar və tələbələrin bayrama aid əl işləri nümayiş etdirilib. Daha sonra Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı baş tutub.
Rektor Yusif Yusibov bayram xonçaları ilə yaxından tanış olub, tələbələrin hazırladıqları şirin təamlardan dadıb və onlarla yumurta döyüşdürüb. O bildirib ki, “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və yeni nəsillərə ötürmək məqsədi daşıyır.