Gəncədə növbəti təlim keçirilib. Bu haqda 29 fevral tarixində GİKM-ə istinadən məlumat veririk.
İkigünlük təlimin mövzusu "CV Center" olub. Seminarın ilk günündə peşəkar CV-nin strukturu, CV-də diqqət edilməli məqamlar və CV-nin göndərilmə qaydaları haqda danışılıb. Burada gənclər iştirak ediblər.
Təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin və 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.