Gəncədə rəsm sərgisi təşkil olunacaq. Bu haqda 28 mart tarixində Gənclər Evinə istinadən xəbər veririk.
Gəncə Gənclər Evində "Tarixi yaddaşımızdan silinməyən soyqırım" adlı rəsm sərgisi keçiriləcək. Tədbir 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.
Sərgi 29 mart tarixində saat 14:00-da baş tutacaq. Tədbir rəsm klubunun rəhbəri Xanım Əhmədovanın təşkilatçılığı ilə keçiriləcək. Sərgiyə qatılmaq istəyənlər (055) 307 85 39 nömrəsi ilə əlaqə saxlamalıdırlar.